AZ

İsrail İrana necə sızdı? - Əhmədinejadın illər öncəki etirafı yenidən gündəmə gəldi…


İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri başda olmaqla ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İran Baş Qərargah rəisi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər, 9 nüvə alimi və 78 mülki vətəndaş öldürülüb.

Bildirilir ki, hücumlardan 8 ay əvvəl İsrail kəşfiyyatı İrana sızaraq paytaxt Tehranda dron bazası qurub. Hücum başlayanda isə ilk olaraq bu bazalardan dronlar buraxılıb və İsrail qırıcılarının maneəsiz uçuşunu təmin etmək üçün əsasən İranın hava hücumundan müdafiə sistemlərini hədəf alıb.

İsrailin 8 aylıq hazırlıq prosesindən sonra İranın ürəyinə sızaraq əməliyyat keçirməsi İran kəşfiyyatının fəaliyyəti ilə bağlı suallar doğurmağa başlayıb.

Bütün bunların fonunda İranın keçmiş prezidenti Əhmədinejadın illər əvvəl verdiyi müsahibədə dediyi sözlər yenidən gündəmə gəlib.

İsraillə aralarındakı kəşfiyyat müharibəsindən danışan Əhmədinejad, səlahiyyət müddətində İsrailin kəşfiyyat təşkilatı olan MOSSAD-ı məhv etmək üçün bir bölmə yaratdıqlarını, lakin bu strukturun başına qoyduqları şəxsin sonradan İsrail agenti çıxdığını bildirib.

Əhmədinejadla bu müsahibəsi, 8 aylıq hazırlıq prosesindən sonra İranın kapilyarlarına qədər sızaraq əməliyyat keçirən İsrailin ölkə daxilində necə təşkilatlandığını ortaya qoyur.

TAHİR

Seçilən
3
baki-xeber.com

1Mənbələr