AZ

İranı daha güclü zərbələr gözləyir - İsrailin müdafiə naziri

İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana qarşı daha ciddi hərbi zərbələr endirəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.

“Hərbçilər Tehranda və digər bölgələrdə hədəflərə zərbələr endirməklə İranı həm nüvə imkanlarından, həm də silah sistemlərindən məhrum edəcəklər”, – deyə İsrael Katz bildirib.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu iranlılara hərbi obyektlərin yerləşdiyi əraziləri tərk etmələri barədə çağırış edib.

Seçilən
20
5
publika.az

6Mənbələr