AZ

40 milyon türkün taleyi

İsrail İran savaşı Güneyli söydaşlarımız üçün risklər daşıyırmı?

Şübhəsiz. Ciddi risklər.

Güney Azərbaycan şəhərləri içində və yaxınlığında yerləşən hərbi, sənaye və infrastruktur obyektlərin vurulması zamanı dağıntı və insan itkiləri olacaq.

Hərbi obyektlərdə çalışan hərbi və mülki şəxslər içində ölümlər olacaq.

Ölkə iqtisadi çöküşə və dağıntılara uğradıqca insanlar yoxsullaşacaq, aclıq və səfalət artacaq.

Müharibənin yol yoldaşları bütün bunlar.

Savaşı Azərbaycan başlamayıb.

Savaşı İran başlayıb İsrailə qarşı. İsrail də davam edir.

İran kiminlə yola gedir ki? Hansı qonşusu ilə normal münasibətləri, mehribançılığı var?

Ən yaxşı münasibətdə olduğu, sevdiyi ölkə Ermənistandır.

Güneylilər üçün böyük risklər var.

Böyük şanslar da var.

Bu gün görünməyə bilər bu şanslar.

İran fars imperiyasının zəiflədiyi dönəmlər Güneylilərin öz haqları uğrunda ayağa qalxması dönəmi olub həm də.

1945-də Milli hökumət quruldu və bir il yaşadı. Sonra Qərbin yardımı ilə şah Təbrizin azadlığını qanda boğdu.

1979 islamçı devirim ardınca Təbriz öz etnik siyasi haqlarını tələb etməyə başladı. Şəriətmədari o zaman nüfuzlu idi, öndə idi. Xomeyni ilə öz haqq-hesabı var idi.

O isə Tehran rejiminin Təbrizi qana boyayacağını görüb-bildiyi üçün geri çəkildi.

İranda bu savaş ardınca başlanacaq hakimiyyət boşluğu, siyasi böhran etnik siyasi haqlar uğrunda mübarizəni gücləndirəcək. Cənubda ərəblər, batı-mərkəzdə kürdlər, doğu-güneydə bəluclar, quzeydə türklər.

Bu olacaq və əsil risklər onda başlayacaq.

Şanslar da.

Bəziləri yazır ki, nə İsrail, nə Qərb indiki İranda türklərin ayrılıb ayrıca dövlət qurmasını istəməzlər.

Prinsipcə razıyam. Böyük türk gücü yaranır.

Onlar özlərinə yaxın, amma türklərlə, ərəblərlə rəqabətdə olan İran istərlər, kimi görünür, hər halda. Burası aydın.

Amma.

40 milyondan çox insanın etnik-siyasi haqlarını görməzdən gəlmək, onlar ayağa qalxarsa, onları əzməyə göz yummaq çətin olacaq.

İranın parçalanmasını istəmirsə, həmin güclər gərək tez bir zamanda hakimiyyəti dəyişdirib İranın içəridən qızmasına yol verməsinlər. Bu isə hələ ki real görünmür.

Beləliklə, İran daxili böhran güclənib və bundan sonra daha çox şiddətlənəcək. Deməli ən azı etnik-siyasi haqların tanınması, fedarallaşma olmalıdır.

Hələliksə, İran rejimi ilə İsrail rejimi döşəyirlər bir birinə. Görək harayadək gedəcəklər.

Seçilən
17
vaxt.az

1Mənbələr