AZ

"Neftin qiyməti 1 barel üçün 300 dollara çata bilər"

Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi neftin qiymətinin bir barel üçün 300 dollara qalxmasına səbəb ola bilər. 

FED.az xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Yohan Vadeful ilə telefon danışığında bildirib. 

İraqlı nazirin sözlərinə görə, regionda münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması iqtisadi şoklara səbəb ola bilər. Diplomat izah edib ki, hərbi əməliyyatlar baş verərsə, neftin qiyməti 200-300 dollar/barelə qədər qalxa bilər.

Xatırladaq ki, iyunun 14-də iranlı deputat İsmayıl Kousari deyib ki, Tehran dünya neftinin 20%-nin axdığı Hörmüz boğazını bağlamağı istisna etmir. O bildirib ki, əgər ölkə hakimiyyəti belə bir qərar qəbul edərsə, İran bunu “tərəddüd etmədən” edəcək.

Rusiyalı senator Aleksey Puşkovun fikrincə, boğazın bağlanması neftin qiymətinin kəskin şəkildə - bir barel üçün 130 dollara qədər artmasına gətirib çıxaracaq. Xatırlaaq ki, hazırda dünya bazarına neftin qiyməti 70-75 dollar ətrafında dəyişir. 

Seçilən
26
fed.az

1Mənbələr