İran İsrailə qarşı köhnə nəsil raketlərlə cavab verib, hələ ən son raketlərdən istifadə etməyib.
Axar.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin siyasi-ideoloji idarəsinin səhbəri Əli Səidi deyib.
“Son əməliyyatda istifadə edilən raketlərin əksəriyyəti İran silahlarının köhnə nəslinə məxsus olub. Qabaqcıl raket və texnologiyalar hələ döyüş meydanında istifadə edilməyib”, - Səidi bildirib.