AZ

"Müsəlmanlar ölkələr indi birləşməsələr..." -

Pakistan “İranın arxasında dayanacağına” söz verib və İrana hücumlardan sonra İsrailə qarşı müsəlman birliyinə çağırıb.Metbuat.az Anadolu Ajansına istinadən xəbər verir ki, Milli Assambleyada çıxış edən Pakistanın müdafiə naziri Xoca Asif deyib ki, müsəlman xalqlar indi İsrailə qarşı birlik nümayiş etdirmək təşəbbüsü ilə çıxış etməlidirlər: "İsrail İran, Yəmən və Fələstini hədəfə alıb. Əgər müsəlman xalqlar indi birləşməsələr, hər biri eyni aqibətlə üzləşəcək".

O, İsraillə diplomatik əlaqələri olan müsəlman ölkələrini dərhal əlaqələri kəsməyə çağırıb və deyib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) birgə strategiya hazırlamaq üçün toplaşmalıdır.

Seçilən
4
metbuat.az

1Mənbələr