AZ

Tramp ad günündə hərbi paradı qəbul etdi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ölkə ordusunun 250 illiyi şərəfinə hərbi paradı qəbul edib.

Oxu.Az CNN telekanalına istinadla xəbər verir ki, tədbir 79 yaşı tamam olan Trampın ad gününə təsadüf edib.

"Ordu azadlığımızı qoruyur, siz bizi güclü edirsiniz və bu gün axşam bütün amerikalıları qürurlandırdınız", - deyə Tramp bildirib.

O əlavə edib ki, Amerikanın düşmənləri bir daha əmin olurlar ki, əgər Amerika xalqını təhdid etsəniz, əsgərlərimiz sizin üçün gələcək və məğlubiyyətiniz qaçılmaz olacaq.

Qeyd edək ki, hərbi parad Vaşinqtonda keçirilib. Parada 6 600-dən çox hərbçi, 130-a yaxın tank və 50 helikopter cəlb olunub. Paradda İkinci Dünya müharibəsindən qalma texnika da nümayiş etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
oxu.az

2Mənbələr