İsrail Müdafiə Qüvvələri (IDF) üç gün ərzində İrandakı 720-dən çox hərbi obyektə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Aslanın yüksəlişi əməliyyatı çərçivəsində İsrail Müdafiə Qüvvələri üç gündən az müddətdə 170-dən çox hədəfə və 720-dən çox hərbi infrastruktur obyektinə zərbələr endirib", - məlumatda deyilir.
İsrail ordusu əlavə edib ki, İsrail qoşunları “İranın nüvə təhlükəsi”nə qarşı hücumlarını gücləndirməyə davam edəcək.