AZ

Azərbaycanda ilk dəfə Aquatlon üzrə ölkə çempionatı keçirildi - FOTOLAR

İyunun 14-də, Şuraabadda yerləşən Blueplanet Kite Beach Hoteldə ilk dəfə olaraq Aquatlon üzrə ölkə çempionatı keçirildi. SİA xəbər verir ki, Yarış Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Alufar şirkətinin baş sponsorluğu ilə baş tutdu.

Bu mötəbər tədbirin əsas məqsədi ölkənin regionlarında triatlon idman növünü tanıtmaq və onun kütləviləşməsinə dəstək vermək idi.

Yarışda respublikanın müxtəlif bölgələrindən və klublarından olan 160 idmançı öz gücünü sınadı. Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionat həm iştirakçılar, həm də tamaşaçılar üçün yaddaqalan idman bayramına çevrildi.

Yarışın əsas qalibləri:

Qızlar

1. Abduləzizova Leyla

2. Xəlilova Milanə

3. Dadaşzadə Leyla

Oğlanlar

1. Rzazadə Əli

2. Məmmədli Toğrul

3. Musayev Tamerlan

Seçilən
28
4
sia.az

5Mənbələr