AZ

Dünya çempionatı: Hidayət Heydərov ilk görüşdə məğlub oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.

Bizim.Media xəbər verir ki, olimpiya, dünya və Avropa çempionu ilk görüşdə məğlub olub.

27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.

Qeyd edək ki, bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.

Bizim.Media

Seçilən
56
21
bizim.media

10Mənbələr