AZ

Trampın kripto şirkəti 57,7 milyon dollar qazanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp ötən il təsis etdiyi kriptovalyuta şirkəti vasitəsilə token satışından 57,7 milyon dollar qazanıb.

Banco.azxəbər verir ki, ABŞ Hökumətinin Etika İdarəsi tərəfindən yayımlanan maliyyə bəyanatı Trampın otelləri, qolf obyektləri və kriptovalyuta təşəbbüsləri də daxil olmaqla geniş miqyaslı araşdırma ortaya qoyub.

Trampın əldə etdiyi 57,7 milyon dollar gəlir ötən il seçkilərdən əvvəl qurulan kriptovalyuta şirkəti “World Liberty Financial” vasitəsilə həyata keçirilən satışlardan əldə olunub. Şirkətin internet saytına görə, Donald Tramp və onun oğulları — Donald Tramp Jr., Erik Tramp və Barron Tramp — şirkətin təsisçiləri sırasındadır.

Lakin bu gəlir Trampın şəxsi mülklərindən əldə etdiyi ən böyük gəlir mənbəyi deyil. Mayami mərkəzli “Trump Endeavor 12 LLC” adlı şirkət sahib olduğu qolf sahələri və istirahət kurortları vasitəsilə 110 milyon dollar qazandırıb. Mar-a-Lago Klubu isə kurortla bağlı fəaliyyətlərdən 50 milyon dollardan çox gəlir əldə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
46
banco.az

1Mənbələr