
Ani olaraq şokolad və çips kimi şirniyyatlarla duzlu qidalara həvəs — psixoemosional gərginlik əlamətidir.İspaniyalı dietoloq Pilar Kuesta izah edir ki, stress zamanı bədəndə kortizol hormonu artır, bu da enerjiyə tələbatı və iştahanı yüksəldir. Şirniyyatlarda olan qlükoza isə xoşbəxtlik hormonu sayılan serotonin ifrazını stimullaşdırır, buna görə şokolad və konfetlər qısa müddətli rahatlıq verir.Duzluya can atmaq da kortizolu stabilləşdirmək üçündür. Stressdə insanlar daha çox xırtıldayan qəlyanaltıları (çips, qoz-fındıq, kraker) seçirlər — bu, çeynəmə və xırtıldayan səs vasitəsilə beyindən həzm sisteminə gedən vagus sinirinin stimulə olunması ilə əlaqədardır və rahatlıq hissi yaradır.Ancaq əsas məsələ, stressin səbəbini tapmaq və onu təbii üsullarla, məsələn, gəzinti, meditasiya və yaxşı yuxu ilə aradan qaldırmaqdır.Ulusum.az
Diqqət Çəkənlər
Tehranda həyəcan dolu gecə! Xameneinin iqamətgahına raket zərbəsi endirildi
Dubayda 67 mərtəbəli göydələndə yanğın: 3800-dən çox insan təxliyə edildi - VİDEO
Dünyanı dəyişən insan – İnfluenser kimdir?