AZ

"Snapchat" süni intellektlə işləyən video montaj funksiyasını təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Snapchat” süni intellekt əsaslı yeni video montaj funksiyalarını təqdim edib.

Banco.azxəbər verir ki, “Snapchat” “Instagram” və “TikTok” ilə rəqabətini davam etdirərkən platformada kontent yaratma və paylaşma prosesini asanlaşdırmaq üçün bir sıra yeni alət və funksiyaların istifadəyə verildiyini açıqlayıb. Şirkət artıq bir müddətdir platformaya əlavə etdiyi süni intellekt funksiyaları ilə diqqət çəkir.

Sosial şəbəkə “Zaman Cədvəli Redaktoru” funksiyası vasitəsilə hekayələrin profillərə avtomatik şəkildə qeyd olunması imkanını da təqdim edir.

Snapchat bildirir ki, yeni “Zaman Cədvəli Redaktoru” funksiyası kontent yaradıcılarına videoları birbaşa platforma daxilində, daha intuitiv şəkildə, məhsuldar süni intellekt vasitəsilə montaj etməyə imkan verəcək. Bu funksionallıq videonun xronoloji ardıcıllıqla görüntülənməsini təmin edir və klipləri kəsmək, yerini dəyişmək və ya yenidən düzənləmək işini asanlaşdırır. Kontent yaradıcıları səslər kitabxanasından musiqi əlavə edə və digər yaradıcı alətlərdən də istifadə edə biləcək. Bu alət, istifadəçilərin sadə videoları “CapCut” kimi üçüncü tərəf montaj platformalarında redaktə etmə ehtiyacını aradan qaldıra bilər.

Bundan əlavə, yaradıcılar bir neçə anı seçmək, “Snapchat”in “Səslər” kitabxanasından bir mahnı əlavə etmək və sevimli şablonlardan istifadə etməklə xüsusi video kollaj yaratmaq imkanı verən yeni “Video Yarat” şablonuna da çıxış əldə edəcəklər. Bu funksiya hal-hazırda iOS üçün qlobal miqyasda istifadəyə verilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
44
banco.az

1Mənbələr