Biləsuvar rayonunun Ağalıkənd kəndi yaxınlığında qeydə alınan yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, ilkin məlumata əsasən, Cəlilabad rayonunun Alar kənd sakininə məxsus “Hyundai” markalı avtomobil ötmə qaydasını pozaraq qarşı yola çıxıb və bu zaman Biləsuvar rayonunun Ovçubərə kənd sakini Elxan Feyziyevə məxsus “VAZ 2107” markalı avtomobillə toqquşub.
Toqquşma nəticəsində “VAZ 2107”də olan ailə üzvlərindən sürücü və onun azyaşlı nəvəsi hadisə yerində həyatını itirib.
Avtomobildə olan sürücünün oğlu və yeznəsi isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu