AZ

İsrail ordusu dron hücumlarının qarşısının alındığını bəyan edib

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail hərbçiləri ölkənin cənubu üzərində pilotsuz uçuş aparatını (PUA) ələ keçiriblər.

Oxu.Az bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidmətinə istinadla xəbər verir.

PUA Arava vadisi üzərində səmada ələ keçirilib. Hərbçilər dronun haradan buraxıldığı barədə məlumat verməyiblər.

SAXAL daha əvvəl İsrailin Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin ölkə ərazisinə buraxılmış yeddi PUA-nı ələ keçirdiyini bəyan etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
152
39
oxu.az

10Mənbələr