
Azərbaycan səhnəsinin və ekranlarının parlaq ulduzu, unudulmaz sənətkar Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncədə dünyaya gəldi. Səhnəyə ilk addımından son nəfəsinə qədər 500-dən artıq obraz yaradan bu böyük aktrisa Tomrisdən Məhsətiyə, Natəvandan Ofeliyayadək bir çox yaddaqalan rolları ilə tamaşaçı qəlbində silinməz iz qoydu.🌟 Xalq artisti🎓 Sənətşünaslıq doktoru, professor🎬 12-dən çox tamaşaya rejissorluq🏛 Milli Məclisin sabiq deputatı🏆 Prezidentin fəxri diplomu laureatı🎭 Bakı Bələdiyyə Teatrının qurucusu və rəhbəriTəkcə böyük aktrisa yox, həm də parlaq intellekt sahibi, istedadlı müəllim, vətənpərvər ziyalı idi. Sənətə, gənclərə, mədəniyyətə həsr olunmuş bu ömür 8 noyabr 2018-ci ildə sona yetdi, amma onun yaratdıqları əbədi yaşayır...Ulusum.az
Diqqət Çəkənlər
Tehranda həyəcan dolu gecə! Xameneinin iqamətgahına raket zərbəsi endirildi
Dubayda 67 mərtəbəli göydələndə yanğın: 3800-dən çox insan təxliyə edildi - VİDEO
Dünyanı dəyişən insan – İnfluenser kimdir?