AZ

Bakıdakı məşhur “Berlin Chemie AG” şirkəti cərimələndi

Dünyaca məşhur “Berlin Chemie AG” şirkətinin Azərbaycan nümayəndəliyi cərimələnib.

Musavat.com xəbər verir ki, buna səbəb şirkətin gömrük qaydalarını pozması olub.

Belə ki, şirkət Azərbaycana dərman vasitələri gətirilən zaman gömrük qaydalarına əməl edilməyib və bəyənnamə qaydalarını pozub.

Şirkət bəyannaməni vaxtında təqdim etməyərək İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilib.

Qeyd edək ki, “Berlin-Chemie” / AG Menarini şirkətinin Nümayəndəliyi Azərbaycanda 20 noyabr 1998-ci ildə qeydiyyata alınıb. Ölkənin əczaçılıq sektorunda xidmət edir.

İ.Muradov
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr