İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, İranın raket hücumları nəticəsində yaralanan 385 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 7 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır, 298 nəfərin yüngül xəsarət aldığı, 14 nəfərin isə ağır psixoloji gərginlik keçirdiyi bildirilir.
Hafta.az bu haqda “Mignews” nəşrinə istinadla xəbər verir.
Son 24 saat ərzində rəsmi olaraq 10 nəfər, 13 iyundan - “Aslan milləti” əməliyyatı başlayandan isə cəmi 13 nəfər ölüb.
Holondakı "Volfson" xəstəxanasına 96 nəfər daxil olub, onlardan dördünün vəziyyəti ağır, 16 nəfərin vəziyyəti orta ağır, 64 nəfərin vəziyyəti yüngül, 12 nəfərin vəziyyəti isə dəqiqləşdirilməyib. "İxilov" xəstəxanasına 28 nəfər daxil olub. 4 nəfərin vəziyyəti orta-ağır, 21 nəfər yüngül xəsarətlə, 3 nəfər isə ağır psixoloji sarsıntıdan tibbi yardım alıb.