ain.az bildirir, sport24.az portalına istinadən.
"Arsenal" "Ayaks"ın 19 yaşlı müdafiəçisi Yorrela Hatonun transferi ilə bağlı hərəkətə keçib. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Niderland təmsilçisi futbolçuya görə "topçular"dan 50 milyon avro tələb edir. London klubu sol cinah müdafiəçisi ilə 6 illik müqavilə bağlamağı planlaşdırır.
Qeyd edək ki, Hato ötən mövsüm bütün turnirlərdə 50 matça çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Hato həmçinin Niderland millisində altı oyun keçirib və bir məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.