AZ

İran zərbələrin dayandırılması şərtini AÇIQLADI

"İsrail təcavüzünü dayandırarsa, İran yəhudi dövlətinə zərbələr endirməyi dayandırmağa hazırdır".

Referans TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.

O, Tehranda xarici diplomatlarla görüşdə deyib:

"Bizim müdafiəmiz tamamilə qanunidir və güc mövqeyindən həyata keçirilir. Təcavüz dayanarsa, təbii ki, bizim cavab tədbirlərimiz də dayanacaq".

Nazir həmçinin bəyan edib ki, İran özündə nüvə silahının olmasına yol verməməyə yönəlik saziş bağlamağa hazırdır, lakin respublikanın dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüquqlarını məhdudlaşdıran şərtləri qəbul etməyəcək.

Seçilən
19
referans.az

1Mənbələr