Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Goranboyda külək nəhəng qovaq ağacını kökündən qoparaq aşırıb.
"Unikal"ın məlumatına görə təbiət hadisəsi rayon ərazisində qeydə alınıb. Küləyə tab gətirməyərək aşan irigövdəli ağac transformatorun üzərinə düşüb. Həmçinin, sakinlərə məxsus istixana, arpa, buğda, günəbaxan, sahələrinə gediş-gəlişi kəsib. Həmin yoldan istifadə edən təsərrüfatçılar ağacın ərazidən götürülməsi üçün adiyyatı qurumları məlumatlandırıblar.
Qeyd edək ki, aşan ağac təsərrüfatlarda biçin aparmaq üçün kombaynların, digər texnikların hərəkətinə ciddi maneələr yaradıb. Yaxınlıqdakı fermaya enerji verilişi də dayanıb. Hazırda qərb bölgəsində qismən küləkli hava şəraiti höküm sürür.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.