Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Tanınmış aktyor Cansel Elçin və həyat yoldaşı, aktrisa Zeynep Tuğçe Bayat "Hadi Anlat" verilişində qonaq olublar.
Milli.Az xəbər verir ki, cütlüyün zarafatla dolu dialoqları və açıq etirafları proqram zamanı əyləncəli anlar yaşadıb.
Cəsarətli səhnələri ilə tez-tez gündəmə gələn Cansel Elçin verilişdə bildirib ki, artıq geyinmiş rollar ona təklif olunmur:
"Çılpaq səhnə varsa, əvvəlcə məni axtarırlar. Hər kəs imtina etdikdən sonra rol mənə qalır. Artıq geyinərək oynaya bilmirəm. Qonorarımsa yüz qat artıb".
Bu sözlər studiyada gülüş doğurub. Elçin çəkiliş meydanlarında dəyişən trendlərdən də danışıb.
Aktrisa Zeynep Tuğçe Bayat isə həyat yoldaşının bu cəsarətli səhnələrə rahat yanaşmasının səbəbini belə izah edib:
"O, fransız olduğu üçün bu mövzularda daha rahatdır".
Bayat bəzi səhnələr barədə çəkiliş zamanı deyil, yayımlanma anında xəbərdar olduğunu da bildirib:
"Həyat yoldaşım izləyirdi, bir anda "Bu nədir!" dedi. Çılpaq səhnəm vardı, xəbəri yox idi".
Cütlüyün səmimi və gülməli açıqlamaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Kənan
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.