AZ

Sabirabadda klinikada baş verən yanğın söndürülüb

Sabirabad şəhəri ərazisində yerləşən klinikada qeydə alınan yanğın söndürülüb.

Yanğın hadisəsi saat 16 radələrində Sabirabad şəhəri Muğan prospektində yerləşən “Muğan” klinikasında qeydə alınıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb, lakin klinika binası yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Seçilən
19
1
azpost.info

2Mənbələr