AZ

Uşaq evi sosial xidmət muəssisəsinin bir qrup sakini üçün ekskursiya təşkil edilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 6 saylı Uşaq evi sosial xidmət muəssisəsinin bir qrup sakini “Bio Garden” istirahət mərkəzinə ekskursiyaya aparılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, uşaqlar üçün açıq havada təlim keçirilib. “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən təlimin məqsədi uşaqların maarifləndirilməsi, qanunvericiliklə müəyyən edilmiş hüquqları barədə məlumatlandırılması və nümunəvi vətəndaş kimi inkişaflarına dəstək göstərilməsi olub.

İnteraktiv təlimdə müəssisənin sakinləri fəal iştirak ediblər.

Ekskursiya bağla yaxından tanışlıq, mövsüm meyvələrinin dadına baxılması və əyləncəli anlarla yadda qalıb.

Seçilən
13
hafta.az

1Mənbələr