Bakı, 15 iyun, AZƏRTAC
Baş məşqçi kimi debüt etmək imkanı yaratdığı üçün “Sabah” futbol klubuna səmimi təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri ötən gün "Sabah"ın baş məşqçisi postundan ayrılan Vasili Berezutski Bakı klubunun rəsmi saytına açıqlamasında deyib.
Rusiyalı mütəxəssis komandanı tərk etməsinin səbəbini açıqlayıb: "Təəssüf ki, ailəvi şəraitlə bağlı vəzifəmi klub üçün bu qədər sevincli bir anda tərk etmək məcburiyyətindəyəm. Komandanın bir hissəsi olduğuma və bu çoxdan gözlənilən kuboku bölüşmək imkanına görə sevincliyəm.”
Qeyd edək ki, “Sabah” Vasili Berezutskinin rəhbərliyi altında Azərbaycan Kubokunun qalibi olmaqla, tarixində ilk titulu qazanıb.