Bakı. Trend:
2006-cı ilin dünya çempionu Cennaro Qattuzo İtaliya milli futbolkomandasının yeni baş məşqçisi olub.
Trend xəbər verirki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
O, bu posta 2023-cü ildən rəhbərlik edən Luçano Spalettini əvəzedib.
İtaliya Futbol Federasiyasının Prezidenti Qabriele Qravinabildirib: "Qattuzo İtaliya futbolunun simvoludur. Onunmotivasiyası, peşəkarlığı və təcrübəsi milli komandanın qarşıdakıtapşırıqların öhdəsindən ən yaxşı şəkildə gəlməsi üçün əsas olacaq.Əldə etmək istədiyimiz məqsədin vacibliyini dərk edərək, ona buçağırışı qəbul etdiyi üçün təşəkkür edirəm."