AZ

“Ardıc zəlzələsinin göz yaşları. Bəxtiyarla Sadəgülün eşq hekayəsi” adlı bədii əsər haqqında

Bu günlərdə "Füyuzat" nəşriyyatı tərəfindən siyasətşünas alim, yazıçı-publisist Elşən Nəsibovun (Elşən Ardıcın)  "Ardıc zəlzələsinin  göz yaşları" tarixi-bədii romanı çapdan çıxıb.  

Arçut romantizminin və  dramaturgiyasının əsasını təşkil edən hekayə real hadisələrlə xəyali proseslərin  vəhdətini təsvir edərək canlandırır. Belə ki, 1980-ci illərdir. Sovet hökumətinin yenidənqurma dövrüdür. Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının Arçut kəndi öz adi günlərini  sosial-təsərrüfat və məişət həyatını  yaşayır. Kənddə ayrı-ayrı məhlələrdə yaşayan iki gənc uzun illərdir ki, uşaqlıqdan bu yana  dəlicəsinə bir-birinə aşiqdir. Qəlbdən sevir və məhəbbət  hisslərini yaşayırlar. Nişanlanıblar, toylarını gözləyirlər. Gələcəyə xoşbəxt ailə qurmaq arzusundadırlar. Bütün işlərini bu istiqamətdə təşkil edirlər. Qəflətən, heç kəsin gözləmədiyi, ağıla gəlməyən  bir anda siyasi vəziyyət dəyişir. Ermənistanla Azərbaycan arasında etnik  münaqişə başlayır. Bu hadisə kənd camaatını çox sarsıdır. Gərginlikdə, qorxuda yaşadır, depressiyaya məruz qoyur. Nişanlı gənclər də baş vermiş neqativ hadisədən üzülürlər. Çaşqınlıq və çıxılmaz vəziyyətdə qalırlar.  Lakin ümidlərini üzmürlər, istək və arzularının yerinə yetməsinə inanırlar. Ailə qurmaq istəyirlər. Lakin yaranmış vəziyyətə görə valideynləri  də izdivaca  razı olmurlar. Təxirə salımması barədə qərar qəbul  edirlər.   Bununla  da  faciənin  başlanğıcı  qoyulur.  

1988-ci ilin dekabr ayının 7-də kənddə güclü və dağıdıcı  zəlzələ baş verir. Gənclərin faciələri daha da dərinləşir, dramatik həyata düçar olurlar. Kəndi məcburən tərk etməli olurlar, gizlincə kənddən qaçırlar. Pərən-pərənlik nəticədə hər şeyi alt-üstə çevirir. Kəndin  köçü  gənclərin   məhəbbətlərini  heç-puç  edir.  Birdəflik ayrılmalarına  rəvac  verir. Faciə dəlicəsinə bir-birini sevən gənclərə iztirablar yaşadır və onları  göz yaşlarına qərq edir.  Həyatı itkilər yaşanır.  Sonda ayrılıq baş verir, hərəsi  öz yeni yoluna  qədəm qoyur.  Taleh  qismətləri  fərqli  olur. Yolları  ayrılır.

Əsəri hər kəs oxuya bilər,  geniş oxucu kütləsi üçün nəzərdə tutulur. Ailə ədəbiyyatı silsiləsindən növbəti əsərdir.

Qeyd: Türk WIMBESHSUR-P. Christian -yazıçının ədəbi təxəllüsüdür.

Əsərin yazılma tarixi:  2024 - may  2025

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr