AZ

Ferrari ardıcıl üçüncü dəfə 24 saatlıq Le Man yarışının qalibi oldu

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Britaniyalı Filip Hanson, polşalı Robert Kubitsa və çinli Ye İfeyin təşkil etdiyi "AF Corse" komandasının ekipajı "Ferrari" hiperkarı ilə 24 saatlıq Le-Man yarış marafonunun qalibi olub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, 25 yaşlı Hanson üçün bu, 24 saatlıq marafonda ikinci qələbədir. O, 2020-ci ildə də bu yarışı qazanıb.

Qeyd edək ki, "Ferrari" komandası ardıcıl üçüncü dəfə əfsanəvi yarışın qalibi olub. 2023 və 2024-cü illərdə də əsas hiperkar sinfində qələbə "Ferrari"nin zavod komandası tərəfindən qazanılıb. Builki 24 saatlıq marafonda onlar üçüncü olublar. Yarışda ikinci yeri isə "Porsche" komandası tutub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
oxu.az

2Mənbələr