İsrailin son hava zərbələri zamanı İranın nüvə proqramı üzərində çalışan 14 alim həyatını itirib.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, ölənlər arasında Tehranın müxtəlif nüvə tədqiqat mərkəzlərində çalışan yüksək ixtisaslı mütəxəssislərin də olduğu bildirilir.
Hadisə ilə bağlı hələlik rəsmi İran tərəfi geniş açıqlama yaymayıb, lakin hökumət mənbələri hücumların "strateji sabotaj" xarakteri daşıdığını bildiriblər.
Musavat.com