Zaqatalaya dolu yağıb, təssərüfata ziyan vurub.
“Qafqazinfo”nun məlumatına görə, şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Bu gün axşam saat 17:00 radələrində rayonun Qanıx çayı vadisindəki Qandax, Faldarlı, Muğanlı və Dağlı kəndlərində hava şəraiti kəskin dəyişib. Əraziyə qısamüddətli leysan və dolu yağıb.
Sakinlərin verdiyi məlumata görə, dolu meyvə ağaclarına, əkin sahələrinə ciddi ziyan vurub.
Mübariz Muradov
