AZ

Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq,Azərbaycan Ordusunda 15 İyun - Milli Qurtuluş Günü münasibəti iləsilsilə tədbirlər keçirilib.

Trend xəbər verirki, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə dəölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrundaşəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yadedilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edən, tariximizə qızılhərflərlə yazılmış Milli Qurtuluş Günü ilə bağlı hərbiqulluqçularla maarifləndirici söhbətlər aparılıb.

Qeyd edilib ki, 1993-cü ildə Ümummilli Lider Heydər ƏliyevinAzərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə ölkəmizin həyatındayeni inkişaf dövrünün əsası qoyulub. Bu gün Ulu ÖndərinAzərbaycanın xoşbəxt gələcəyi ilə bağlı ideyaları onun siyasiirsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindənuğurla davam etdirilir.

Sonra hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltifolunub.

Bayram günündə şəxsi heyət ölkə ərazisindəki Heydər Əliyevmərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, dahi şəxsiyyətinşərəfli həyat yolu və fəaliyyətindən bəhs edən filmləriizləyib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, GəncəQarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivlərinin,həmçinin incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları vəmüxtəlif mədəni-kütləvi tədbirlər təqdim edilib.

Milli
Milli
Milli
Milli
Seçilən
12
8
az.trend.az

9Mənbələr