AZ

ABŞ vətəndaşlarını Azərbaycan sərhədi ilə İranı tərk etməyə çağırıb

ABŞ vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb. 

AzPost bildirir ki, bu barədə Dövlət Departametnin rəsmi açıqlamasında bildirilir.

Dövlət Departemnti vətəndaşlarını hər hansı səbəbdən İrana səfər etməməyə, orada olanları isə dərhal İslam Respublikasını tərk etməyə göstəriş verib.

Dövlət Departamenti qeyd edib ki, onun İranla konsulluq və diplomatik əlaqələri yoxdur və amerikalıların respublikada maraqları İsveçrə səfirliyi tərəfindən təmsil olunur. Departamentdən bildirilib ki, bunu edənlər Ermənistan, Türkiyə və Azərbaycan sərhədindən quru yolu ilə İranı tərk edə bilərlər.

ABŞ departamentinin bəyanatında deyilir: “Bu seçimlərdən istifadə edərək tərk etməyi seçsəniz, ABŞ hökuməti təhlükəsizliyinizə təminat verə bilməz. Yalnız bunu etməyin təhlükəsiz olduğuna inandığınız halda ayrılmalısınız”.

Azərbaycanla sərhəd vasitəsilə İranı qurudan tərk etmək istəyən ABŞ vətəndaşları üçün deyilir: “Azərbaycanın quru sərhədləri bağlı olaraq qalır. Lakin ABŞ vətəndaşları xüsusi icazə ilə iyunun 15-də Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil ola bilərlər. ABŞ vətəndaşları sərhədə getməzdən əvvəl Azərbaycan hökumətindən icazə almalıdırlar. ABŞ-ın Bakıdakı səfirliyi buna şərait yaratmalıdır. Azərbaycana daxil olmaq üçün müraciət etməyi planlaşdıran ABŞ vətəndaşları şəxsi məlumatlarını (adı, doğum tarixi, pasport məlumatları) və pasportlarının bioqrafik məlumat səhifəsinin fotoşəkilini ABŞ-ın Bakıdakı səfirliyinin Amerika Vətəndaşları Bölməsinə [email protected] ünvanına göndərməlidirlər”.

AzPost.az

Seçilən
15
2
azpost.info

3Mənbələr