AZ

Ərdoğan həftəsonu ikinci dəfə TramplaDANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp ilə İsrail – İran münaqişəsini müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat xidməti bildirib.

“Ərdoğan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə bu gün telefon danışığı aparıb”, – qurumun sosial şəbəkə hesabında qeyd olunub.

Bildirilib ki, tərəflər İsrail – İran qarşıdurması başda olmaqla ikitərəfli və regional məsələləri müzakirə ediblər.

“Ərdoğan İsrail ilə İran arasında qarşıdurmanın sona çatdırılması və bölgədə sülhün təmin edilməsi istiqamətində ABŞ Prezidenti Trampın son açıqlamalarını məmnuniyyətlə qarşıladığını, bütün bölgəni oda ata biləcək bir fəlakətin qabaqlanması üçün dərhal hərəkətə keçilməsi lazım olduğunu vurğulayıb”, – mətbuat xidməti qeyd edib.

Türkiyə lideri “nüvə mübahisəsinin” ancaq diplomatik yolla həll edilməli olduğunu vurğulayıb. O bu istiqamətdə Ankaranın “vasitəçilik daxil olmaqla hər cür səy göstərməyə hazır olduğunu bildirib”.

“Ərdoğan <…> İsrailin İrana qarşı hücumları ilə başlayan zorakılıq zəncirinin hər iki tərəf üçün də geri dönülməz iqtisadi və mülki zərərlərə səbəb olduğunu, bu təhlükəli gedişatın qabaqlanması lazım olduğunu ifadə edib”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, ötən gün də Türkiyə və ABŞ liderləri telefon danışığı aparmışdı.

Seçilən
49
50
redaktor.az

10Mənbələr