AZ

İrandan dördüncü qrup şəxs Azərbaycana təxliyə olundu

BAKI, 15 iyun. TELEQRAF

İrandan Azərbaycana xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

Teleqraf xəbər verir ki, bu gün sayca dördüncü qrup Astara dövlət sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olub. Təxliyə olunanlar İranda çalışan Rusiya vətəndaşlarıdır.

Qeyd edək ki, təxliyə prosesi bir neçə ölkənin rəsmi müraciəti əsasında həyata keçirilir. Azərbaycan dövləti humanitar prinsiplərə əsaslanaraq, İranda olan həmin ölkələrin vətəndaşlarının təhlükəsiz şəkildə öz ölkələrinə qayıtmasına şərait yaradır.

Seçilən
10
teleqraf.com

1Mənbələr