Trend Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin "Ekspo2025" üzrə baş komissarı Anar Ələkbərov ilə eksklüziv müsahibənitəqdim edir.
Yaxın günlərdə Yaponiyanın Kansai prefekturasının Osakaşəhərində keçirilən “World Expo 2025” sərgisində Azərbaycan MilliGünü qeyd olundu. Sizcə, bu tədbir necəkeçdi?
- Ümumdünya Sərgiləri ölkələrin öz mədəni kimliklərini,nailiyyətlərini və innovativ yanaşmalarını dünyaya təqdimetdikləri, qlobal dialoq və əməkdaşlıq üçün beynəlxalq ictimaiyyətibir araya gətirən unikal platformadır. Milli Pavilyon isə ölkəninbeynəlxalq arenada layiqli şəkildə təmsil olunmasında mədənidiplomatiyanın güclü vasitəsi sayılır.
Azərbaycanın 2000-ci ildə Hannoverdə başlayan ÜmumdünyaSərgilərində iştirakı bu gün Osakada uğurla davam edir. Milanda vəDubayda keçirilən sərgilərdə pavilyonlarımız mükafatlara layiqgörülüb və ən çox ziyarət edilən pavilyonlar sırasında yer alıb.Xüsusilə qeyd etmək istərdim ki, Yaponiya ilə ikitərəfli əlaqələrəböyük önəm verən dövlət başçımızın tapşırığı ilə Azərbaycan Kansaiprefekturasının Osaka şəhərində keçiriləcək Expo 2025 sərgisindəiştirak barədə sazişi imzalayan ilk ölkə oldu.
Azərbaycanın “Expo 2025” üzrə baş komissarı kimi bu layihəyərəhbərlik etmək mənim üçün böyük şərəfdir. Hər bir ölkənin beləmötəbər tədbirdə, xüsusilə də öz milli pavilyonu ilə təmsil olunmaqimkanı olmur. Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsindəAzərbaycan bu irimiqyaslı beynəlxalq tədbirdə özünü inamla vəfəxrlə təqdim etdi. Bu gün pavilyonumuz dünyanın aparıcıölkələrinin pavilyonları arasında layiqli yer tutur.
Expo sərgisi ölkənin mədəniyyətini, adət-ənənələrini vənailiyyətlərini nümayiş etdirən silsilə tədbirlərə ev sahibliyiedir. Son keçirilmiş Azərbaycan Milli Günü isə Ümumdünya Sərgisininən yaddaqalan və rəngarəng hadisələrindən biri oldu.
Bütün komandanın koordinasiyalı işi nəticəsində ölkəmizilayiqincə təmsil edə bildik: minlərlə ziyarətçi Heydər ƏliyevMərkəzinin təşəbbüsü ilə yaradılmış pavilyonun konsepsiyası iləböyük maraqla tanış oldu, Azərbaycan mədəniyyət ustalarınınçıxışları isə tamaşaçılarda dərin təəssürat yaratdı. Mədəniyyətxadimlərinə, ziyalılarımıza və bu tədbirdə iştirak edən hər kəsəyaratdıqları ilhamverici, səmimi və həmrəy mühitə görə dərinminnətdarlığımı bildirirəm.
Bu yaxınlarda Expo 2025 üçün ən yaxşı 10 pavilyondanbiri seçilən Azərbaycanın pavilyonunun memarı kimdir?
- Layihənin ideoloji rəhbəri hörmətli Heydər Əliyev FondununPrezidenti Mehriban xanım Əliyevadır. Məhz onun zərif zövqü və hərbir detalda şəxsi diqqəti pavilyonun memarlıq konsepsiyasının,vizual kimliyinin və məzmununun bu qədər harmonik şəkildəgerçəkləşməsinə səbəb olub.
İstedadlı yerli və xarici memarların birgə işi nəticəsində hərgün 10 minədək insanın ziyarət etdiyi cəlbedici bir sərgi məkanıərsəyə gəlib. Bu rəqəm mədəniyyətimizə olan marağın və pavilyonunsərginin ümumi mesajına verdiyi töhfənin bariz göstəricisidir.
Pavilyonda yüksək texnologiyalı qurğular, yalnız bu layihə üçünhazırlanmış 360 dərəcə təqdimat videoları və digər unikalmateriallar təqdim olunur. Pavilyonun yaradılmasında həm innovativdizayn həllərinə, həm də Azərbaycanın mədəni irsi, müasirnailiyyətləri və dövrün ruhunu əks etdirən dərin semantik məzmunaxüsusi diqqət yetirilib.
Azərbaycanın Kansai, Osaka Expo 2025 sərgisinəyanaşmasının unikallığı nədədir və bu pavilyonun memarlığında vəməzmununda necə əks olunub?
- Bildiyiniz kimi, Expo 2025 Osaka, Kansai “Həyatımız üçünGələcək Cəmiyyətin Dizaynı” (Designing the Future Society for OurLives) devizi altında keçirilir. Azərbaycan pavilyonu “Həyatlarıəlaqələndirərək” (Connecting Lives) bölməsində təqdim olunur və“Dayanıqlı inkişafa yeddi körpü” (Seven Bridges for Sustainability)mövzusunu əhatə edir.
Milli kimliyimizlə müasir texnologiyalar arasında qurulanharmoniya pavilyonun əsas özəlliyidir. Pavilyonun konsepti böyükAzərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl”poemasından ilhamlanıb.
Yeddi gözəlin təmsil etdiyi sahələr – mədəni müxtəliflik, mədəniirs, ənənəvi incəsənət, memarlıq nümunələri, davamlı inkişaf, təbiisərvətlər, idman və turizm – ölkəmiz haqqında tam və dolğuntəsəvvür yaradır. Təəssüf ki, bəzi Asiya ölkələrində Azərbaycanbarədə məlumatlılıq hələ də məhduddur. Biz Expo 2025 pavilyonunuxalqımızın zəngin tarixinə və müasir prioritetlərinə maraq vəhörmət formalaşdırmaq üçün mədəni diplomatiyanın güclü aləti kimigörürük.
Əvvəlki sərgilərlə müqayisədə bu dəfə pavilyonun yaradılmasındabir sıra ciddi çətinliklərlə üzləşdik. Əvvəla, sərgi ərazisinincoğrafi xüsusiyyətləri – materikdən uzaqlığı – logistikanı xeyliçətinləşdirirdi. İkincisi, sərgi beynəlxalq xarakterli olsa da,sənədləşmə işlərinin yapon dilində aparılması tələbi əlavə maneələryaradıb. Yerli işçi qüvvəsinin cəlb edilməsində də müəyyənçətinliklər yaşandı. Buna baxmayaraq, bütün bu maneələri dəf edərəkən yaddaqalan və diqqətçəkən pavilyonlardan birini ərsəyəgətirdik.
Dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığa yönəlmiştəşəbbüslərin reallaşdırılması üçün hərtərəfli şəraitin yaradıldığı“Expo 2025” sərgisinə ev sahibliyi münasibətilə Yaponiyahökumətini, təşkilatçıları və Beynəlxalq Sərgilər Bürosunu səmimiqəlbdən təbrik edirəm. Əminəm ki, bu Ümumdünya Sərgisi ölkələrarasında qlobal dialoq və qarşılıqlı anlaşmanın inkişafına möhkəmtəkan verəcək.
Ümumdünya Sərgisi ilə bağlı yaddaşınızda ən çox nəqalıb?
- Expo 2025 Osaka, Kansai beynəlxalq tədbirin innovasiya,mədəniyyət və ilhamı bir araya gətirməsinin parlaq nümunəsioldu.
Əvvəla, pavilyonların memarlıq və bədii müxtəlifliyiheyranedicidir – hər bir ölkə özünü kreativ yanaşma və yüksəktexnoloji həllərlə təqdim edirdi. Məna və estetika ilə zəngin buməkanlar əsl yaradıcılıq və qlobal anlaşma bayramına çevrildi.
Yaponiyanın, xüsusən də Kansai bölgəsinin göstərdiyi misilsizqonaqpərvərlik, yüksək təşkilatçılıq səviyyəsi və hər birmədəniyyətə göstərilən hörmət və diqqət üçün səmimi təşəkkürümübildirirəm.
Biz Expo-nu yeni əlaqələrin qurulması və mövcud tərəfdaşlıqlarıngücləndirilməsi üçün mühüm platforma kimi görürük – istərBeynəlxalq Sərgilər Bürosu ilə, istərsə də dünyanın müxtəlifölkələrindən olan təşkilatçılarla. Sevindirici haldır ki, müxtəlifpavilyonların nümayəndələri tez-tez bizə müraciət edir və biz dəhəmişə topladığımız təcrübəni məmnuniyyətlə bölüşürük.
Amma bəlkə də bu Expo ilə bağlı ən dəyərli xatirə layihəninhəyata keçirilməsində iştirak edən gənclərimizin vəkönüllülərimizin fədakar və əzmkar əməyidir. Artıq iki aydır ki,onlar yüksək məsuliyyət və vətənpərvərlik nümayiş etdirərəkvəzifələrini ləyaqətlə yerinə yetirirlər.
Əminəm ki, Expo 2025 Osaka, Kansai həm iştirakçılar, həm dəziyarətçilər üçün beynəlxalq əməkdaşlıq, mədəni mübadilə və ortaqqlobal dəyərlərə sadiqliyin önəmli simvolu kimi yadda qalacaq.