
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün – iyunun 15-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ərdoğanın rəsmi ofisi yayıb.
Danışıqlar zamanı iki ölkə arasında ikitərəfli münasibətlərlə yanaşı, İsrail və İran arasında artan gərginlik əsas müzakirə mövzusu olub. Açıqlamaya görə, Ərdoğan Trampın münaqişənin dayandırılması və regional sülhə çağıran son bəyanatlarını alqışlayıb, bölgəni bürüyə biləcək daha genişmiqyaslı qarşıdurmanın qarşısını almaq üçün təcili diplomatik addımların vacibliyini vurğulayıb.
Türkiyə lideri bildirib ki, nüvə fəaliyyəti ətrafında yaranan mübahisələrin yeganə həlli diplomatiyadır və Ankara bu istiqamətdə istənilən təşəbbüsə dəstək verməyə və vasitəçilik etməyə hazırdır.