AZ

İsti havalarda pivə susuzluğu yatırmır, əksinə susuzluğu artırır..?

Hə, indi də deyirlər ki, isti havada nəbadə pivə içəsiniz...

Bunu deyən endokrinoloqun sözlərinə görə, isti havada pivə susuzluğu yatırmır, əksinə, susuzluğu artırır.

Bundan əlavə, pivə güclü sidikqovucudur. Onu istehlak etdikdən bir neçə saat sonra insan yorğunluq, süstlük, baş ağrısı və güclü susuzluq hissi keçirir.

Həkim, həmçinin xəbərdarlıq edir ki, isti havalarda pivə də hər bir spirt kimi ürək problemləri riskini artırır.

SİA-nın məlumatına görə, endokrinoloq əlavə edib ki, istidə içilən soyuq pivə yalançı sərinlik hissi verir və duyğuları kütləşdirir.

Bu, istilik vurması riskini artırır.

Sonda həkim qeyd edir ki, əgər insan yayda pivədən tamamilə imtina edə bilmirsə, özünü bir kiçik stəkanla məhdudlaşdırmalıdır.

...Yayda pivənin susuzluğu yatıran içki olmadığını başa düşmək vacibdir. Bu, sidikqovucu təsiri olan spirtdir, ona görə də bədəndəki mayeni kompensasiya etməyi unutmayın.

Bunu da həkim deyir.

Əli Babayev

Seçilən
23
1
sia.az

2Mənbələr