AZ

Azərbaycanın gənc güləşçisi Avropa çempionu oldu

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçirilən Avropa çempionatı (U-17) başa çatır.

Operativ Media-nın məlumatına görə, çempionatın son günündə sərbəst güləş üzrə Azərbaycan idmançıları xalça üzərinə çıxaraq dörd medal uğrunda mübarizə aparıblar.

Said Paşayev (92 kq) Avropa çempionu olub. Həsən Həsənov (60 kq) finalda uduzub, Ramal Mirquseynov (51 kq) isə bürünc medal qazanıb. Ömər Usubov (45 kq) isə üçüncü yer uğrunda görüşdə məğlub olaraq medal şansını əldən verib.

Beləliklə, Azərbaycan Avropa çempionatını ümumilikdə 12 (5 qızıl, 2 gümüş, 5 bürünc) medalla başa vurub: Rixad İbrahimli (110 kq), Əbdülrəhman Hüseynli (45 kq), Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Said Paşayev (92 kq) qızıl, Əli Nəzərov (60 kq) və Həsən Həsənov (60 kq) gümüş, Qurban Məcnunov (48 kq), Nicat Eyləğəliyev (80 kq), Nazrin Əhmədli (46 kq), Hakim Tağıyev (110 kq) və Ramal Mirquseynov (51 kq) bürünc medal qazanıblar.

Seçilən
18
5
operativmedia.az

6Mənbələr