AZ

Hindistanda körpü çökdü: 6 ölü, 25 itkin

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hindistanın Pune şəhərində baş verən körpü faciəsi insan tələfatına səbəb olub.

BAKU.WS xəbər verir ki, Hindistan mediasında yayılan məlumatlara görə, Indrayani çayı üzərindəki körpü çöküb.

Nəticədə 6 nəfər həyatını itirib, 25 nəfər isə itkin düşüb. Axtarış-xilasetmə işləri davam etdirilir. Hadisənin səbəbi hələlik açıqlanmayıb.

Hadisə baş verən zaman körpü üzərində çoxlu sayda insan və nəqliyyat vasitəsi olub. Rəsmilər ərazidə fövqəladə vəziyyət elan ediblər və çayın axarı boyunca müşahidə tədbirləri gücləndirilib. Yerli sakinlər isə yaxınlarını axtarmaq üçün hadisə yerinə axışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
baku.ws

2Mənbələr