AZ

"Bayern Münhen"klublararası dünya çempionatına "qol yağışı" ilə başladı

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bu gün növbəti oyun keçirilib.

Fanat.Az xəbər verir ki, C qrupunda yer alan Almaniya nəhəngi "Bayern Münhen"lə Yeni Zellandiyanın "Oklend Siti" komandaları üz-üzə gəliblər. 

Münhenlilər rəqibinə rəhm etməyib. Vensan Kompaninin baş məşqçisi olduğu komanda "Oklend Siti"nin qapısından 10 cavabsız top keçirib. "Bayern"in qollarını Camal Musiala (3), Kinqsli Koman (2), Maykl Olis (2), Tomas Müller (2) və Saşa Boy vurub.

Bir qədər sonra Çempionlar Liqasının son qalibi PSJ ilə "Atletiko Madrid" münasibətlərinə aydınlıq gətirəcəklər. B qrupunun mərkəzi qarşılaşması saat 23:00-da start götürəcək.

Gecə isə daha iki oyun olacaq. Saat 02:00-da A qrupunda yer alan "Palmeyras" (Braziliya) ilə "Portu" (Portuqaliya), saat 06:00-da isə B qrupunun yarışan "Botafoqo" (Braziliya) və "Sietl Saunders" (ABŞ) qarşılaşacaqlar.

Seçilən
30
13
fanat.az

10Mənbələr