MİNGƏÇEVİR, 15 iyun. TELEQRAF
Mingəçevirdə piyadanı avtomobil vurub.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, mərkəzi bazar yaxınlığında baş verib. “Chevrolet” markalı avtomobil yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Ağdaş rayon sakini Əhmədov Umudvar Həmdiyyə oğlunu vurub.
Yaralı piyada xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.