AZ

Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Gürcüstan komandasına 3:0 hesabı ilə qalib gəlib. İsveç və Lüksemburqa eyni hesabla uduzub. 4 oyundan sonra 3 xalı olan komandamız səkkiz iştirakçı arasında 5-ci yerdə qərarlaşıb. Azərbaycan voleybolçuları növbəti oyunu iyunun 20-də Farer adaları yığması ilə keçirəcəklər.

Seçilən
29
fanat.az

1Mənbələr