AZ

Mahir Emreli Super Liqadan aldığı 3 təklifi geri çevirdi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasından üç təklif alıb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı forvardın xidmətində maraqlı olan klublardan biri "Eyüpspor"dur. 

Ancaq Mahir aldığı təkliflərin hamısını geri çevirib. İkinci Bundesliqa təmsilçisi "Nürnberq"dən ayrıldıqdan sonra hazırda azad agent olan Emreli yenidən Almaniya klublarında oynamaq istəyindədir.

Qeyd edək ki, ötən mövsümün əvvəlində "Nürnberq"ə keçən Mahir Emrelinin yayda müqaviləsinin müddəti uzadılmayıb və klub onunla vidalaşıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb. 

Mirağa

Seçilən
16
2
fanat.az

3Mənbələr