İsrail İran Xarici İşlər Nazirliyinin binalarından birinə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim"ə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə məlumat verib.
O bildirib ki, zərbə nəticəsində bir neçə mülki şəxs, o cümlədən diplomatlar xəsarət alıblar.
Onun sözlərinə görə, şöbənin binası Tehrandakı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutu ilə üzbəüz yerləşir.
Xətibzadə vurğulayıb ki, hücum zamanı yaralananlar tibb müəssisəsinə aparılıb.