İtaliyanın Genuya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında ikinci yarış gününə start verilib.
Rekord.az xəbər verir ki, qrup mərhələsində Lüksemburq, Norveç, Ukrayna və Avstriya təmsilçilərinə qalib gələn qılıncoynadanımız Ruslan Həsənov kişi şpaqaçıların şəxsi yarışında ən güclü 64-lüyə vəsiqə qazanıb.
Ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Böyük Britaniya şpaqaçısı Ceyms Cilə 14:13 hesabı ilə qalib gələn Ruslan növbəti mərhələdə çex Matyas Pavlikə 13:15 hesabı ilə uduzub.
Qadın sablyaçıların şəxsi yarışında qrup mərhələsində Polşa, Belçika və Avstriyadan olan rəqiblərini məğlub edən Səbinə Kərimova pley-offda ukraynalı Daria Qontsovaya 12:15 hesabı ilə uduzub. Palina Kaspiaroviç və Zərifə Hüseynova isə mübarizəni qrup mərhələsində dayandırıb.
Qadın sablyaçılardan ibarət millimiz iyunun 18-i komanda yarışında iştirak edəcək.