AZ

İnter Ulduzu “Cim-Bom” yolunda..

Leroy Saneni heyətinə qataraq böyük səs-küy yaradan "Qalatasaray" yolunu "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğluna çevirib.


Sitat.info xəbər verir ki, Hakan Çalhanoğlunun meneceri Qordon Stipiçin İstanbula gələrək sarı-qırmızılı idarəçilərlə görüşəcəyi iddia edilib. Hələlik "Qalatasaray"dan rəsmi təklif gəlmədiyi bildirilən xəbərdə "sarı-qırmızı" klubun transfer üçün lazımi şərtlərin yerinə yetirildiyi təqdirdə hərəkətə keçməyə hazır olduğu da qeyd olunub.


Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində 47 oyuna çıxıb, 11 qol vurub, 8 məhsuldar ötürmə edib. 31 yaşlı ulduz yarımmüdafiəçinin klubla 2027-ci ilə qədər müqaviləsi var.

Əlisahib,

Sitat.info

Seçilən
33
1
sitat.info

2Mənbələr