U-12, U-14 və U-16 yaş qrupları üzrə oğlan basketbolçular arasında Uşaq Gənclər Basketbol Liqasının (UGBL) final və 3-cü yer uğrunda görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, bütün oyunlar Azərbaycan Texniki Universitetinin idman zalında gerçəkləşib.

12 yaşlıların mübarizəsində "Baku Ballzone" komandası "Meteor F-Basket"ə 35:26 hesabı ilə qalib gələrək çempion olub. "Aztop Jr" isə "Qaradağ"dan üstün olduğuna görə (27:25) bürünc medala layiq görülüb.

U-14 yaş qrupunda da "Baku Ballzone" qızıl medal qazanıb. Adıçəkilən klub Bakı Basketbol Akademiyasını məğlub edib - 82:59. UGİM-9-a 61:58 hesabı ilə qalib gələn RİOEUGİM-2 3-cü pillənin sahibi olub.

16 yaşlılar arasında isə RİOEUGİM-2 həlledici görüşdə İOEUGİM-8 üzərində 93:69 hesabı ilə qələbə  qazanıb. UGİM-10 "Torpaq" klubunu məğlub etməklə (78:54) bürünc medala sahib çıxıb.

Mükafatçılara kubok və medalları Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz, FİBA dərəcəli hakim Urfan Bayramlı və oğlanlardan ibarət U-16 millimizin baş məşqçisi Erhan Toker təqdim ediblər.