AZ

Bu, hücum deyil! – Sözün əsl mənasında yeni dönəm başlayır

İranın xarici işlər naziri Abbas Araqçı nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazır olduğunu, lakin ölkənin dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüquqlarını məhdudlaşdıran şərtləri qəbul etməyəcəyəni diqqətə çatdırıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İsrailin İrana hücumu ani verilmiş qərar deyil:

“Bu, artıq uzun müddətdir yetişən və bəlkə də ləngidilmiş bir prosesin nəticəsidir. Son iki ildə İsrailin siyasi ritorikasında İrana qarşı sərt mesajlar hiss olunurdu. İsrail rəsmilərinin çıxışlarında dəfələrlə “lazım gələrsə, İranın nüvə proqramını hərbi yolla dayandıracağı” qeyd olunurdu. Amma bu hücumun bu vaxta qədər gerçəkləşməməsinin əsas səbəbi ABŞ-ın ritorik səviyyədə olsa da, bu cür bir addıma qarşı çıxması idi.

Hətta İsrail-ABŞ münasibətlərində müəyyən gərginliklər də bu kontekstdə müşahidə olunurdu. Xüsusilə HƏMAS-la müharibə dövründə İsrailin Vaşinqtonla münasibətləri soyuqlaşdı. İsrailin yüksək səviyyəli nümayəndə heyətlərinin ABŞ-a səfərləri də nəticəsiz qalırdı.

Bu gün biz aydın görürük ki, İsrail İrana hücum qərarını ABŞ-ın razılığı olmadan verib. Hücumun əsas məqsədi isə İranla ABŞ arasında davam edən nüvə danışıqlarına zərbə vurmaq, bu prosesin qarşısını almaqdır. Çünki İsrail tərəfi bu danışıqların nəticə verəcəyindən ehtiyat edirdi. İndi isə İsrail çalışır ki, İranın cavab zərbələri vasitəsilə ABŞ-ı münaqişəyə birbaşa cəlb etsin.

08bZbRHikP1Dwhs6SRea

Kənan Novruzov

Burada üç mümkün ssenaridən danışmaq olar:

İsrail ABŞ-ı münaqişəyə sürükləməyə çalışır – məqsəd İranın ABŞ hədəflərinə cavab zərbəsi endirməsinə nail olaraq, rəsmi Vaşinqtonu açıq şəkildə müharibəyə daxil etməkdir.

ABŞ prosesi dolayısı ilə idarə edir – görünüşdə neytral mövqe sərgiləyir, amma əslində İsrailin bu addımına göz yumur, bəlkə də dəstəkləyir.

ABŞ bu hücumdan xəbərsiz olub, amma yaranmış vəziyyət onlara da sərf edir – çünki indi İran danışıqlarda daha zəif tərəfə çevrilib və ABŞ qarşısında güzəştə getməyə məcbur qala bilər.

Bu ssenarilərdən üçüncüsü – yəni ABŞ-ın hücumdan xəbərsiz olduğu, lakin indiki vəziyyətin ona sərf etdiyi ehtimalı daha real görünür. Çünki İsrailin İrana hücumundan cəmi iki gün sonra ABŞ İranla növbəti nüvə danışıqları üçün görüş təyin etmişdi. Əgər ABŞ hücumdan xəbərdar olsaydı, belə bir diplomatik təşəbbüsə başlamazdı.

Lakin bu hücum İran üçün iki yolla nəticələnə bilərdi:

İran cavab verməsəydi, bu halda daxili təzyiqlər artar, hərbi və siyasi elitada parçalanmalar yarana bilərdi. Hücumda öldürülən hərbçilər və alimlər səbəbindən ölkədə gərginlik, hətta daxili qarşıdurma riski yaranardı.

İran cavab verdi, bu isə İsrailin gözlədiyi senaridir. Cavab nəticəsində münaqişə genişlənə bilər və bölgə daha dərin və təhlükəli savaşın astanasına gələ bilər.

İndi isə əsas sual budur: İran harada dayanacaq?

Əgər İran ABŞ-ın dediklərinə uyğun davranarsa nüvə proqramını tamamilə dayandırmaq və ya beynəlxalq nəzarətə açmaq kimi bu, Vaşinqtonun və Təl-Əvivin əsas hədəfinə çevrilmiş olacaq. Amma İran bu addımı atmasa, savaşın genişlənməsi, regional toqquşmanın dərinləşməsi və ABŞ-ın birbaşa müharibəyə sürüklənməsi riski qalır.

Bu proses həm də informasiya və diplomatik manipulyasiya müstəvisində gedir. ABŞ və İsrail “İranın nüvə silahı istəkləri”ni əsaslandırmaq üçün müxtəlif arqumentlər irəli sürür. İran isə çalışır ki, bu arqumentləri puç etsin və özünü “sülh tərəfdarı” kimi təqdim etsin.

Amma real mənzərə odur ki, İsrailin İrana hücumu yeni regional konfiqurasiyanın başlanğıcı ola bilər. Sözün əsl mənasında, bu, yalnız bir raket hücumu deyil, strateji bir dönəmin başlanğıcıdır”.

Seçilən
16
1
turkustan.az

2Mənbələr