AZ

Mingəçevirdə yol-nəqliyyat hadisəsi bir nəfərin həyatına son qoyub

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, iyunun 15-də saat 23 radələrində Mingəçevir şəhərində “Renault” markalı avtomobil yolun kənarında dayanan asfalt qazıyan texnikaya çırpılıb.

Nəticədə “Renault”da olan sərnişin, 1972-ci il təvəllüdlü Müşviq Mövsümov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Seçilən
31
1
apa.az

2Mənbələr