AZ

Xarici vətəndaşlardan ibarət daha bir qrup İrandan Azərbaycana təxliyə olundu

ASTARA, 15 iyun. TELEQRAF

Axşam saatlarında Avropa və Amerika ölkələrindən olan 10 nəfərlik qrup Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, təxliyə olunan şəxslər arasında Portuqaliya və ABŞ vətəndaşları da var.

Onlar bu çətin vəziyyətdə Azərbaycan dövlətinin sərhədlərini humanitar məqsədlə açmasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün şərait yaradır. Bu çərçivədə iyunun 14-də Rusiyanın bir qrup mədəniyyət və incəsənət xadimi İrandan Azərbaycana təxliyə olunub. Təxliyə olunanlar arasında Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyəti, Rusiyanın Xalq artisti və rejissor Fyodor Bondarçuk da var.

Seçilən
22
teleqraf.com

1Mənbələr